- Transfer
- 20:29 24.12.2024
"Qalatasaray"ın yarımmüdafiəçisi Hakim Ziyeç karyerasını yenidən İngiltərə çempionatında davam etdirə bilər.
90deqiqe.Az "Fichajes"ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə iki Premyer Liqa klubu maraqlanır. Bunlar "İpsviç" və "Vest Hem" klublardı. Adıçəkilən komandalar qış transfer pəncərəsi zamanı mərakeşli futbolçunu heyətinə qatmaq niyyətindədir. Artıq tərəflər arasında ilkin danışıqlarda başlanılıb.
“Çəkicçilər” hazırda İngiltərə çempionatının turnir cədvəlində 14-cü, “Traktorçular” isə 18-ci yerdədir. Sözsüz ki, klublar qışda güclənmək istəyirlər. Hakim Ziyeç bundan əvvəl İngiltərədə "Çelsi"nin şərəfini qoruyub. Nüfuzlu Transfermarkt portalı oyunçunu 7 milyon avro qiymətləndirir.