12 mart 2026. Cümə axşamı

Roma'dan Feyenoord'a


  • Transfer
  • 13:10 12.08.2019
  • Oxunma sayı: 447
Roma'dan Feyenoord'a
Hollandiyanın “Feyenoord” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Erediviziya təmsilçisi İtaliyanın “Roma” klubunun müdafiəçisi Rik Karsdorpu transfer edib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Feyenoord 24 yaşlı sağ cinah müdafiəçisini 1 illik icarəyə götürüb.
 
Xatırladaq ki, Hollandiya millisində 3 oyun keçirmiş Karsdorp məhz “Feyenoord”un yetirməsidi. O, “Roma”ya 2017-ci ildə Rotterdam təmsilçisindən transfer olunsa da, İtaliya klubunda möhkəmlənə bilməyib. Müdafiəçi “canavarlar”ın heyətində 15 rəsmi oyun keçirib.






Transfer