- Transfer
- 20:29 24.12.2024
"Mançester Yunayted"in hücumçusu Markus Reşford karyerasını Türkiyədə davam etdirə bilər.
90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, “Fənərbağça” futbolçunun “qırmızı şeytanlar”ın düşərgəsindəki vəziyyətini diqqətlə izlədiyi və onu qış transfer pəncərəsində heyətinə qatmaqda maraqlıdır.
Klubun yaxın vaxtlarda Reşfordun nümayəndələri ilə danışıqlara başlayacağı gözlənilir.
Xatırladaq ki, Rəşford baş məşqçi Ruben Amorimin qərarı ilə “Mançester Yunayted”in son bir neçə oyununu buraxıb. Hücumçunun ingilis nəhəngi ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.