- Transfer
- 23:59 25.12.2024
"Bayer Leverkuzen"in mərkəz müdafiəçisi Conatan Ta karyerasını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" 28 yaşlı futbolçu bağlı müqaviləni demək olar ki, bağlayıb. Bildirilir ki, Tanın transferi yanvarda baş tuta bilər.
Bu mövsüm alman müdafiəçi bütün turnirlər də daxil olmaqla 25 matçda iştirak edib və iki qol vurub. Tanın Bayer ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, almaniyalının dəyəri 30 milyon avrodur. Qeyd edək ki, Real Madrid daha əvvəl Ta ilə maraqlandığını bildirmişdi.