26 dekabr 2025. Cümə

"Benfika" Feliksi geri qaytarmaq istəyir


  • Transfer
  • 23:59 25.12.2024
  • Oxunma sayı: 173
"Benfika" Feliksi geri qaytarmaq istəyir

"Çelsi"nin hücumçusu Joao Feliks "Benfika" klubuna qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Pedro Almeyda "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O “Benfika”nın artıq “Çelsi” klubu ilə danışıqlara başladığını və 25 yaşlı futbolçunu bu mövsümün sonuna qədər icarəyə götürmək istədiyini qeyd edib.

Xatırladaq ki, Feliks 2015-2019-cu illərdə "Benfika"da çıxış edib. Onun satışından klub 127 milyon avro qazanıb. Bu mövsüm Feliks bütün turnirlər də daxil olmaqla 16 matçda iştirak edib və bu matçlarda rəqiblərin qapısına 5 dəfə zərbə endirib və iki məhsuldar ötürmə edib. Futbolçunun "Çelsi" ilə müqaviləsi 2031-ci ilə qədərdir. Transfermarkt mütəxəssisləri portuqaliyalının dəyərini 30 milyon avro qiymətləndirir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a