22 fevral 2025. Şənbə

"Liverpul"un hədəfi De Yonqdur


  • Transfer
  • 21:24 27.12.2024
  • Oxunma sayı: 87
"Liverpul"un hədəfi De Yonqdur

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını "Liverpul"da davam etdirə bilər.

90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, "Liverpul" yanvarda çox pul xərcləmək fikrində deyil, lakin mövsüm başa çatdıqdan sonra böyük transfer baş tuta bilər. Bildirilir ki, "Barselona" De Yonqu 35 milyon avroya buraxmağa hazırdır, lakin hollandiyalının çox yüksək maaşı mümkün maneə ola bilər.

Bu mövsüm 27 yaşlı yarımmüdafiəçi bütün turnirlər daxil olmaqla, 13 matçda meydana çıxıb və 1 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. De Yonqun "Barselona" ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.







Transfer