15 yanvar 2025. Çərşənbə

"Kümirlərim Ronaldo və Neymarın qarşısında mükafatlar almaq çox xoşdur"


  • Transfer
  • 22:27 27.12.2024
  • Oxunma sayı: 66
"Kümirlərim Ronaldo və Neymarın qarşısında mükafatlar almaq çox xoşdur"

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior 2024-cü ilin ən yaxşı futbolçusu seçildiyi "Globe Soccer Awards" mükafatını qazandıqdan sonra duyğularını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sport.es" braziliyalı forvardın dediklərini belə çatdırıb.

“Kriştiano [Ronaldo] və Neymar mənim kumirlərimdir. İki kumirim qarşısında ilin ən yaxşı futbolçusu mükafatını qazanmaq böyük şərəfdir. Mən bütün komanda yoldaşlarıma və ailəmə, eləcə də mənə özümü sübut etmək imkanı verən "Flamenqo" futbol klubuna təşəkkür etmək istəyirəm. Məni dəstəkləyən bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu, mənim uzun müddətdir ki, uğrunda mübarizə apardığım mükafatdır”

2024-cü ildə Vinisius bütün yarışlarda klub və ölkə üçün 34 qol vurub və 16 məhsuldar ötürmə edib. Real Madrid ilə İspaniya Superkubokunu, La Liqanı, Çempionlar Liqasını, UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.







Transfer

Onunla bağlı anlaşdılar
  • Transfer
  • 22:58 14.01.2025
Onunla bağlı anlaşdılar