- Transfer
- 23:47 21.02.2025
"Mançester Yunayted" PSJ-nin sol cinah müdafiəçisi Nuno Mendesi transferə razı salmaq üçün ona sərfəli maliyyə təklifi edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Camel "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 22 yaşlı futbolçunun PSJ-nin ən az maaş alan futbolçularından biri olduğunu Paris klubunun isə müdafiəçi ilə onun müəyyən etdiyi şərtlərlə müqaviləni yeniləmək istəmədiyini və nəticədə futbolçu və ətrafı bu barədə rəhbərliyi məlumatlandıraraq komandadan ayrılmağı düşündüyünü qeyd edib.
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Mendesi “Mançester Yunayted” komandası üçün prioritet transfer hədəfi kimi müəyyənləşdirib.
22 yaşlı müdafiəçi "qırmızı şeytanlar"da çıxış etməyə müsbət yanaşır. Onun PSJ ilə hazırkı iş müqaviləsi 2026-cı ilin yayına qədərdir.