22 fevral 2025. Şənbə

"Arsenal"ın müdafiəçisi Tierni özünə yeni klub seçib


  • Transfer
  • 13:31 28.12.2024
  • Oxunma sayı: 61
"Arsenal"ın müdafiəçisi Tierni özünə yeni klub seçib

"Arsenal"ın müdafiəçisi Kieran Tierney karyerasını "Seltik"də davam etdirmək istəyir.

90deqiqe.Az "Football Insider"a istinadən xəbər verir ki, daha əvvəl İngiltərə Premyer Liqasında bir neçə klubda çalışmış "Seltik"in baş məşqçisi Brendan Rocersin futbolçunu transfer etməkdə israrlı olduğu bildirilib.

 27 yaşlı futbolçu “Seltik”ə qayıtmaq üçün digər klublardan gələn təklifləri rədd etməyə hazırdır.

Xatırladaq ki, Kieran Şotlandiya klubunun yetirməsidir. Bu mövsüm Tierni yalnız bir Liqa Kuboku oyununda iştirak edib və qol vurmayıb. Əlavə edək ki, 2025-ci ilin yayında futbolçunun "Arsenal"la müqaviləsi başa çatır.







Transfer