- Transfer
- 20:50 31.12.2024
"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala hələ komandası ilə müqaviləsini yeniləməyib.
90deqiqe.Az "CaughtOffside"a istinadən xəbər verir ki, almaniyalı futbolçu "Liverpul", "Mançester Siti", PSJ və "Real Madrid" mübarizə aparır. Hər dörd klub gənc ulduz üçün qış transferi pəncərəsində danışıqlara başlayacaq.
21 yaşlı futbolçunun hazırkı müqaviləsi il yarımdan sonra başa çatır. Musiala Vinsent Kompaninin komandasında 22 matçda 14 qol vurub və 6 məhsuldar ötürmə edib. Alman hücumameyilli yarımmüdafiəçinin qiyməti, Transfermarkt mütəxəssislərinin fikrincə, 140 milyon avrodur.