- Transfer
- 18:38 24.11.2024
Real'ın baş məşqçisi Zinəddin Zidan komandanın futbolçuları Xames Rodriqes və Qaret Beyl haqda açıqlama verib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, hər iki futbolçunun komandanın vacib oyunçuları olduğunu deyib: "Real"da olan bütün futbolçulara güvənirik. Avqust 31-nə kimi hər şey ola bilər. Amma hazırda onlar bu klubun şərəfini qoruyurlar. Mənim məşqçi kimi işim bütün futbolçuları məşqə cəlb etməkdir".
Qeyd edək ki, Zidan bundan əvvəl Rodriqes və Beylin başqa kluba transfer oluna biləcəyini söyləmişdi.