22 yanvar 2025. Çərşənbə

Kannavaronun yeni iş yeri bəlli oldu


  • Transfer
  • 23:50 29.12.2024
  • Oxunma sayı: 134
Kannavaronun yeni iş yeri bəlli oldu

"Yuventus"un sabiq futbolçusu Fabio Kannavaro Zaqreb "Dinamo"sunun yeni baş məşqçisi olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı italiyalının yanvarın 3-də futbolçulara təqdim ediləcəyi gözlənilir.

18 turdan sonra "Dinamo" 29 xalla Xorvatiya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Liderdən fərq yeddi xaldır. “Dinamo” növbəti oyununu yanvarın 22-də Londonun “Arsenal” komandasına qarşı keçirəcək. Çempionlar Liqasının VII turunun oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xatırladaq ki, Kannavaronun son iş yeri 2024-cü ilin aprelindən iyun ayına kimi çalışdığı İtaliya “Udineze”si olub.







Transfer

David Luizin yeni klubu bilindi
  • Transfer
  • 15:40 21.01.2025
David Luizin yeni klubu bilindi