- Transfer
- 21:14 04.01.2025
"Parma"nın qapıçısı Dzion Suzuki karyerasını başqa klubda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 22 yaşlı qolkiperin "Bavariya" və İngiltərə Premyer Liqasının iki adı açıqlanmayan klubunun qış transfer pəncərəsində heyətinə qatmaq üçün danışıqlara başlayacağını qeyd edib.
"Parma" isə qışda futbolçunu satmaq fikrində deyil, ona görə də hər üç klub yay transfer pəncərəsi üçün yaponiyalı qolkiperi transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Dzion Suzuki ABŞ-da anadan olub. Qapıçının anası qanalı, atası yapondur. Qapıçı əvvəllər Yaponiyanın “Urava Red Diamonds” və Belçikanın “Sint-Truiden” komandalarında çıxış edib. Qapıçı Yaponiyanın əsas milli komandasının tərkibində 22 oyun keçirib. Transfermarkt internet portalı futbolçunun bazar dəyərini 9 milyon avro qiymətləndirir.