- Transfer
- 21:14 04.01.2025
"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqhem karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, 19 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə "Arsenal"da qoşulub. London klubu qış transfer pəncərəsində gənc futbolçunu transfer etmək üçün "Mançester Yunayted"lə mübarizə aparacaq.
Yarımmüdafiəçinin özünün karyerasında yeni çağırışa hazır olduğu iddia edilir.
Bu mövsüm Bellinqhem Çempionatın 21 oyununda iştirak edib, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt ekspertləri ingilis futbolçunun qiymətini 18 milyon avro qiymətləndirib.