26 dekabr 2025. Cümə

"Çelsi" Anselminonun geri döndüyünü açıqlayıb


  • Transfer
  • 21:28 03.01.2025
  • Oxunma sayı: 154
"Çelsi" Anselminonun geri döndüyünü açıqlayıb

Mərkəz müdafiəçisi Aaron Anselmino vaxtından əvvəl "Boka Xuniors"dan  "Çelsi"yə keçib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "mavilər"in mətbuat xidməti məlumat yayıb.

"Çelsi"yə xoş gəlmisiniz, Aaron", - klubun açıqlamasında deyilir.

Anselminonun alınması ingilis nəhənginə 16,5 milyon avroya başa gəlib, baxmayaraq ki, o anda müdafiəçinin dəyəri cəmi 3 milyon avro idi.

Xatırladaq ki, “Çelsi” 19 yaşlı argentinalı futbolçunu 2024-cü ilin avqustunda alsa da, onu daha bir mövsüm icarədə saxlayıb.

19 turdan sonra "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 35 xalla dördüncü pillədə qərarlaşıb. “Çelsi” növbəti matçını yanvarın 4-də “Kristal Pelas”a qarşı keçirəcək.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a