- Transfer
- 21:59 06.01.2025
“Əl-Nəsr”in yarımmüdafiəçisi Anderson Taliska yaxın vaxtlarda Türkiyəyə qayıda bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano"X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O “Əl-Nəsr” və “Fənərbağça” arasında razılaşma demək olar ki, əldə olunduğunu, yalnız bir neçə detalı həll etmək qaldığını və bundan sonra müqavilə tamamilə bağlanacağını qeyd edib.
Bu mövsüm 30 yaşlı futbolçu bütün yarışlarda 19 matçda iştirak edib və 8 qol vurub. Braziliyalının Səudiyyə klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu “Transfermarkt” internet portalının ekspertləri futbolçunun dəyərini 12 milyon avro qiymətləndirib.