- Transfer
- 21:59 06.01.2025
"Əl-İttihad"ın müdafiəçisi Luis Felipe karyerasını Fransada davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O italyan futbolçunun azad agent kimi "Marsel"ə keçəcəyini və yeni klubu ilə müqaviləsinin 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulduğunu qeyd edib.
27 yaşlı müdafiəçi bu mövsüm "Əl İttihad"ın heyətində cəmi 1 oyun keçirib və ümumilikdə 20 dəqiqə meydanda olub. Xatırladaq ki, Felipe 2023-cü ilin sentyabrında “Betis”dən Səudiyyə Ərəbistanına keçmişdi, transfer məbləği 20 milyon avrodan bir qədər çox idi. "Marsel" Fransa çempionatında ikinci yeri tutur.