- Transfer
- 21:59 06.01.2025
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo komandanın qış transfer pəncərəsində heyətini gücləndirməsini istəyir.
90deqiqe.Az "TodoFichajes"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Tottenhem"in hücumçusu Son Hın Mini də futbolçuları arasında görəcəyini gözləyir.
London klubu cənubi koreyalı forvardı yayda azad agent kimi pulsuz itirməmək üçün bu qış sata bilər.
32 yaşlı futbolçunun klubu ilə hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna qədərdir.
Xatırladaq ki, Joze Mourinyo Sonun imkanlarını çox yaxşı bilir, çünki portuqaliyalı mütəxəssis əvvəl “Tottenhem”i çalışdırıb.