- Transfer
- 21:59 06.01.2025
"Bavariya"nın hücumçusu Leroy Sane "Mançester Siti"yə qayıda bilər.
90deqiqe.Az "Football Insider"ə istinadən xəbər verir ki, “Mançester Siti” “Bavariya” ilə müqaviləsi gələn ilin yayında başa çatacaq 28 yaşlı futbolçunu geri qaytarmaqda maraqlıdır. Artıq tərəflər arasında ilkin danışıqlara da başlanılıb.
Xatırladaq ki, Sane 2020-ci ildə "Mançester Siti"dən "Bavariya"ya keçmişdi. Almanın transferi Münhen komandasına 49 milyon avroya başa gəlib.
Bu mövsüm cinah oyunçusu bütün yarışlarda 19 matçda iştirak edib, beş qol vurub və bir məhsuldar ötürmə edib.