- Transfer
- 21:59 06.01.2025
Türkiyənin "Fənərbağça" klubu qış transfer pəncərsində heyətini gücləndirmək üçün hərəkətə keçib.
90deqiqe.Az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin çalışdırıcısı Mourinyo heyətini gücləndirmək üçün uzun müddətdir ki, axtardığı müdafiəçini İtaliyada tapıb.
Belə ki, "Fənərbağça" "Udineze"de çıxış edən müdafiəçi Jaka Bijokin xidmətində maraqlıdır. Super Liqa təmsilçisi artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
Qeyd edək ki, 25 yaşında olan futbolçu bu mövsüm "Udineze"nin heyətində 20 matça çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.