21 dekabr 2025. Bazar günü

"Nyukasl"ın qapıçısı Səudiyyə Ərəbistanına keçməyə yaxındır


  • Transfer
  • 14:04 08.01.2025
  • Oxunma sayı: 163
"Nyukasl"ın qapıçısı Səudiyyə Ərəbistanına keçməyə yaxındır

"Nyukasl"ın slovakiyalı qapıçısı Martin Dubravkanın Səudiyyə Ərəbistanına keçməsi ehtimalı var.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Əl-Şəbab"ın 35 yaşlı qolkiper  ilə müqavilənin şərtlərini razılaşdırdığını və oyunçunun Səudiyyə Ərəbistanı klubuna keçməzdən əvvəl "Nyukasl"ın yekun qərarını gözlədiyini qeyd edib.

Hazırda tərəflər bir-biri ilə danışıqları davam etdirir.

Dubravka bu mövsüm İngiltərə çempionatında 5 oyun keçirib, 1 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlaya bilib.  







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq