5 fevral 2025. Çərşənbə

PSJ "MY"in yarımmüdafiəçisini transfer edə bilər


  • Transfer
  • 22:21 09.01.2025
  • Oxunma sayı: 83
PSJ "MY"in yarımmüdafiəçisini transfer edə bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Alexandro Qarnaço PSJ-yə keçə bilər.

90deqiqe.Az "The Times"ə istinadən xəbər verir ki, Paris klubu portuqaliyalı məşqçi Ruben Amorimin gəlişindən sonra "qırmızı şeytanlar"ın əsas heyətində yerini itirən 20 yaşlı futbolçu ilə maraqlanır. Parislilər artıq argentinalı futbolçunun agenti ilə danışıqlara başlayıb.

Qarnaçonun Amorimlə arasında konflikt olduğu üçün bu təklifi qəbul edə biləcəyi gözlənilir.

Qeyd edək ki, ekspertlər gənc futbolçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Xatırladaq ki, bu mövsüm Alexandro Qarnaço “qırmızı şeytanlar”ın heyətində İngiltərə çempionatında 19 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

"Komo"dan "Benfika"ya
  • Transfer
  • 23:54 03.02.2025
"Komo"dan "Benfika"ya
"Beşiktaş"da növbəti ayrılıq
  • Transfer
  • 14:40 02.02.2025
"Beşiktaş"da növbəti ayrılıq