- Transfer
- 22:31 13.05.2026
Liverpul heyətini yeni qapıçı ilə gücləndirir.
Corner.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Yurgen Klopp deyib.52 yaşlı mütəxəssis zədələnərək 2 aylıq sıradan çıxan Alisson Bekkerin yoxluğunda qapını Endi Lonerqaya həvalə edəcək. Hazırda azad agent statusu daşıyan 35 yaşlı qolkiper tezliklə münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Endi Lonerqanın son klubu "Midlsbro" olub.