- Transfer
- 13:04 05.02.2025
"Atletik Bilbao"nun yarımmüdafiəçisi Ander Herrera karyerasını Argentina çempionatında davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O "Boka Xuniors"un 35 yaşlı futbolçunun xidmətində maraqlı olduğunu, tərəflərin yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlar apardığını və artıq ortaq məxrəcə gəlib əl sıxmağa yaxın olduqlarını qeyd edib.
Təcrübəli futbolçu La Liqa klubunun heyətində səkkiz oyunda iştirak edib və iki sarı vərəqə ilə cəzalanıb.