- Transfer
- 22:23 13.01.2025
"Çelsi"nin yarımmüdafiəçisi Renato Veyqa karyerasını Almaniyada davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 21 yaşlı futbolçunun Dortmund "Borussiya"sına qoşulmağa razılaşdığını lakin "Çelsi"nin yarımmüdafiəçini icarəyə verməyə hazır olmadığını qeyd edib.
Portuqaliya millisinin yarımmüdafiəçisi ilə İngiltərə, İtaliya və Fransa klubları da maraqlanır.
İngiltərə çempionatında Veyqa bu mövsüm yeddi oyuna keçirib.