26 dekabr 2025. Cümə

Reşford özünə yeni klub seçdi


  • Transfer
  • 21:00 15.01.2025
  • Oxunma sayı: 167
Reşford özünə yeni klub seçdi

"Mançester Yunayted"in vingeri Markus Reşford karyerasını harada davam etdirmək istədiyinə qərar verib.

90deqiqe.Az xəbər verir ki, ingilis forvard İtaliyanın “Milan” klubuna keçməyə üstünlük verib.

"Milan" oyunçunu mövsümün sonuna qədər sadəcə icarəyə götürmək üçün "Mançester Yunayted"lə danışıqlarda irəliləmə mərhələsində olduğu bildirilir.

Daha əvvəl "Barselona"nın 27 yaşlı futbolçu uğrunda mübarizədə "Milan"ı qabaqladığı barədə məlumat yayılmışdı.

Transfermarkt-ın məlumatına görə, Reşford 55 milyon avro dəyərində qiymətləndirilir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a