14 dekabr 2025. Bazar günü

Kolo-Muani bu gün "Yuventus"la müqavilə imzalayacaq


  • Transfer
  • 13:04 16.01.2025
  • Oxunma sayı: 143
Kolo-Muani bu gün "Yuventus"la müqavilə imzalayacaq

PSJ-nin fransalı hücumçusu Randal Kolo-Muani "Yuventus"a keçməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O hücumçunun müqaviləni yekunlaşdırmaq üçün Turinə gəlidiyini və keçidlə bağlı rəsmi açıqlama bu günün sonuna qədər veriləcəyini qeyd edib.

Hücumçunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir. Kolo-Muani 2023-cü ilin payızından Paris klubunda çıxış edir. Tərəflər arasında əmək müqaviləsi 2028-ci ilin ortalarında başa çatır. Bu mövsüm hücumçu PSJ-də 14 matçda iştirak edib, 2 qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində