- Transfer
- 23:03 17.01.2025
"Milan"ın müdafiəçisi Strahinja Pavloviç karyerasını "Fənərbağça"da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O İstanbul klubunun Serbiya millisinin müdafiəçi üçün "rossonerilər"lə danışıqlara başladığını və tərəflərin razılaşmağa yaxın olduğunu qeyd edib.
Serb bu mövsüm "rossonerilər"in heyətində bütün turnirlərdə 14 oyun keçirib və 1 qol vurub. 23 yaşlı müdafiəçi "Milan"a cəmi 6 ay əvvəl keçib. O, əvvəllər Avstriyada iki il “Red Bull Salzburg”da çıxış edib. "Fənərbağça" bu mövsüm Türkiyə Superliqasında çempionluq yarışında iştirak edir. İstanbul klubuna məşhur məşqçi Joze Mourinyo rəhbərlik edir. 23 yaşında Pavloviç Serbiya millisində 43 oyun keçirib.