3 iyul 2026. Cümə

Gündoğanın keçə biləcəyi klubun adı açıqlanıb


  • Transfer
  • 14:36 18.01.2025
  • Oxunma sayı: 187
Gündoğanın keçə biləcəyi klubun adı açıqlanıb

"Mançester Siti"nin mərkəz yarımmüdafiəçisi İlkay Gündoğanın Türkiyə Superliqasında çıxış edə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun transferində "Qalatasaray" klubu maraqlıdır.

Alman yarımmüdafiəçinin "şəhərlilər" ilə hazırkı müqaviləsi 2025-ci ilin iyununun sonunda başa çatır.

İlkayın bazar dəyəri on milyon avro olaraq qiymətləndirilir. Gündoğan İngiltərə Premyer Liqasının cari mövsümündə 19 oyun keçirib. Yarımmüdafiəçi bir məhsuldar ötürmə edib və bir sarı vərəqə alıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır