- Transfer
- 23:54 03.02.2025
"Leipsiq"in hücumçusu Benjamin Şeşko karyerasını "Arsenal"da davam etdirə bilər.
90deqiqe.Az "The Sun"a istinadən xəbər verir ki, London klubu 21 yaşlı forvardı icarəyə götürmək və ya birdəfəlik transfer etmək variantını nəzərdən keçirir.
Bu transferin "topçular"a 70 milyon funt-sterlinqə (82 milyon avro) başa gələ biləcəyi bildirilir.
“Arsenal” Qabriel Xesusun ciddi zədələnməsinə görə sloveniyalı futbolçuya marağı artırıb.
Bu mövsüm "Leipsiq"in hücumçusu bütün turnirlərdə 25 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.