- Transfer
- 23:54 03.02.2025
PSJ-nin sol cinah müdafiəçisi Nuno Mendeş karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az "Transfer News Live"a istinadən xəbər verir ki,"qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim də 22 yaşlı futbolçunun xidmətində şəxsən maraqlıdır.
Lakin portuqaliyalı PSJ ilə yeni müqavilə imzalamağa hazırlaşır.Mendeş PSJ-dən hər mövsüm üçün 10 milyon avro maaş tələb edir. Fransa klubu hələ ki, bununla razılaşmayıb, lakin danışıqlar davam etdiriləcək.