- Transfer
- 23:54 03.02.2025
Braziliya millisinin və "Yuventus"un yarımmüdafiəçisi Duqlas Luiz Premyer Liqaya qayıda bilər.
90deqiqe.Az xəbər verir ki, "Mançester Siti" cari transfer pəncərəsində braziliyalı müdafiəçi yarımmüdafiəçinin transferini tamamlamağı planlaşdırır. Premyer Liqa nəhəngi yarımmüdafiəçini mövsümün sonuna qədər sonradan almaq hüququ ilə icarəyə götürmək niyyətindədir.
“Qoca sinyora” oyunçunun həm satılması, həm də icarəyə verilməsi variantlarını nəzərdən keçirməyə hazırdır.
Duqlas 2029-cu ilin ortalarına qədər Turin nəhəngi ilə müqavilə bağladı. Transfermarkt-ın məlumatına görə, Luisin bazar dəyəri 45 milyon avrodur.