- Transfer
- 23:54 03.02.2025
"Vulverhempton"un gənc müdafiəçisi Rayan Ait-Nuri karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az "The Independent"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı futbolçunu bu qış transfer pəncərəsində heyətinə qatmaq istəyir. Mançester komandasının baş məşqçisi Ruben Amorim yaxın vaxtlarda komandanının sol cinah müdafiə mövqeyini əlcəzairli ilə gücləndirmək istəyir.
Qeyd edək ki, əlcəzairlinin "qurdlar"la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına kimidir. Mütəxəssislər Ait-Nurinin transfer dəyərini 35 milyon avro qiymətləndirirlər. Xatırladaq ki, bu mövsüm Rayan Ait-Nuri "Vulverhempton"un heyətində İngiltərə çempionatında 20 oyun keçirib və bu oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.