- Transfer
- 10:18 05.02.2025
“Çelsi” klubunda çıxış edən yarımmüdafiəçi Joao Feliks karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 25 yaşlı vingerin transferində Joze Mourinyonun çalışdırdığı “Fənərbağça” klubu maraqlıdır. İstanbul klubu artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Feliks 2030-cu ilin iyun ayının sonuna qədər londonlular qarşısında məşğulluq öhdəlikləri ilə bağlıdır. Onun bazar dəyəri 30 milyon avrodur. Portuqaliyalı oyunçu İngiltərə Premyer Liqasının cari mövsümündə 11 oyun keçirib. Cinah müdafiəçisi 1 qol vurub, 1 məhsuldar ötürmə edib.