- Transfer
- 23:54 03.02.2025
"Əl-Hilal"ın ulduzu braziliyalı hücumçu Neymar karyerasını "Santos"da davam etdirə bilər.
90deqiqe.Az "Diario Do Peixe"yə istinadən xəbər verir ki, "Santos" klubunun rəhbərliyi 32 yaşlı futbolçunun bu mövsümün sonuna qədər icarəyə verilməsi ilə bağlı Səudiyyə Ərəbistanı komandası ilə razılığa gəlib.
Neymarın özü də doğma klubuna keçmək istəyir. Müqavilə yanvarın sonuna qədər tamamlana bilər.
Bundan əvvəl mətbuatda braziliyalının karyerasını MLS klublarından birində davam etdirə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, Neymar 2013-cü ilə qədər "Santos"da çıxış edib, sonra "Barselona"ya keçib.Xatırladaq ki, Neymar bu mövsüm zədə səbəbindən “Əl-Hilal”ın heyətində cəmi iki matçda iştirak edib, həmin oyunda heç bir qol və məhsuldar ötürmə olmayıb. Forvard 2023-cü ilin yayından Səudiyyə klubunda çıxış edir.