- Transfer
- 21:57 14.03.2025
"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker icarə əsasında İtaliyanın "Milan"ına keçəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O ingilis futbolçunun “Milan”la 2027-ci ilin iyun ayına qədər davam edəcək müqavilənin şərtlərini razılaşdırdığını və "Milan" icarədən sonra yayda "Siti"dən birdəfəlik almaq şərtini həyata keçirməyə qərar verərsə, qüvvəyə minəcəyini qeyd edib.
İngiltərə çempionatının cari mövsümündə 34 yaşlı Kayl Uoker 15 oyun keçirib. O, həmçinin Çempionlar Liqasında iki, İngiltərə Liqa Kubokunda bir oyun keçirib. Futbolçu effektli oyun nümayiş etdirməyib.