- Transfer
- 22:56 22.01.2025
"Arsenal" qış transfer pəncərəsi bağlanana qədər hücum xəttini gücləndirməyə ümid edir.
90deqiqe.Az “talkSPORT”a istinadən xəbər verir ki, London klubu "Leypsiq"dən Benjamin Seşko ilə bağlı ilkin danışıqlar aparıb.
Bununla belə, dəyəri 70 milyon funt-sterlinq (təxminən 83 milyon avro) olan sloveniyalı ilə müqavilə imzalamaq çətin olacaq. Alman klubu Çempionlar Liqasından kənarlaşdırılsa da, vacib oyunçusunu satmaq istəmir.
2024/2025 mövsümündə Benjamin Şeşko 25 oyun keçirib, 13 qol vurub və komanda yoldaşlarına üç məhsuldar ötürmə edib. Mətbuat müntəzəm olaraq sloveniyalı forvardı digər böyük klublarla əlaqələndirir.