- Transfer
- 22:31 13.05.2026
PSJ komandadan ayrılacağı gözlənilən Neymara əvəzləyici tapıb.
Corner.az xəbər verir ki, Paris klubu 27 yaşlı hücumçu klubdan ayrılacağı təqdirdə, “İnter”dən Mauro İkardini transfer etmək üçün hərəkətə keçəcək. Bu barədə Fransa mətbuatı məlumat yayıb. PSJ-nin İkardi üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilir.
“İnter”lə yollarını ayıracağı gözlənilən İkardinin ilk seçiminin isə “Yuventus” olduğu bildirilir.