- Transfer
- 22:43 29.01.2025
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə yollarını ayıran Neymar ölkəsində çıxış edəcək.
90deqiqe.Az xəbər verir ki, braziliyalı hücumçu sabiq klubu "Santos"la yaxın vaxtlarda müqavilə bağlayacaq.
"Santos"un prezidenti Marselo Teyşeyra sosial şəbəkədə gənc Neymarın klubla müqavilə imzaladığı anı əks etdirən köhnə video paylaşıb.
“Dünən kimi görünür. Zaman çox sürətlə keçir. Yeni tariximizi qurmağın vaxtıdır. Evə gəl, qucaq açıb səni gözləyirik!” - deyə, klub prezidenti qeyd edib.
Klub prezidenti eyni zamanda Neymarın "Santos"la 6 ay müddətinə müqavilə imzalayacağını diqqətə çatdırıb.
Xatırladaq ki, Neymar 2013-cü ilin yayında doğma klubu "Santos"u tərk edərək "Barselona"ya keçmişdi.32 yaşlı bu mövsüm “Əl-Hilal” forması ilə cəmi iki matçda meydana çıxa bilib.