3 iyul 2026. Cümə

Rafael Benites bu klubu çalışdırmaqdan imtina edib


  • Transfer
  • 22:24 29.01.2025
  • Oxunma sayı: 182
Rafael Benites bu klubu çalışdırmaqdan imtina edib

"Botafoqo"nun sahibi Con Tekstor baş məşqçi vəzifəsinə yüksək səviyyəli avropalı mütəxəssisi gətirmək istəyir.

90deqiqe.Az "Globo Esporte"yə istinadən xəbər verir ki,  Braziliya klubu hazırda işsiz olan Rafael Benitesi dəvət edib. Lakin, 64 yaşlı mütəxəssis təklifdən imtina edib. Benites indiki mərhələdə Braziliya təmsilçisini çalışdırmağa hazır olmadığını bildirib.

Rafael Benites "Selta"dan ayrıldıqdan sonra keçən ilin mart ayından etibarən məşqçilik işindən kənarda qalıb. Mütəxəssis əvvəllər “Liverpul”, “İnter”, “Çelsi” və “Real” kimi bir çox yüksək səviyyəli klublarla çalışıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır