- Transfer
- 18:38 24.11.2024
Mario Balotelli karyerasını İtaliyada davam etdirəcək.
Corner.az xarici mətbuata istinadən məlumat verir ki, 29 yaşlı futbolçu "Breşiya" ilə anlaşıb.
İtaliyalı hücumçu bir neçə gün əvvəl "Flamenqo" ilə ortaq məxrəcə gəlmişdi. Braziliyalıların illik 4 milyon avro maaş təklifini də Balotelli qəbul etmişdi. Lakin təcrübəli futbolçu və meneceri Mino Rayola "Flamenqo" rəhbərliyi ilə əlaqə saxlayaraq, "Breşiya"da oynamaq qərarını onlara bildirib. Onun İtaliya təmsilçisindəki qazancı Braziliya klubunun təklifindən daha az olacaq.
"Marsel"dən ayrıldıqdan sonra azad agent statusu daşıyan hücumçu sabah yeni komandası ilə müqavilə bağlayacaq.