14 dekabr 2025. Bazar günü

Ramosun yeni iş yeri bəlli oldu


  • Transfer
  • 21:19 30.01.2025
  • Oxunma sayı: 152
Ramosun yeni iş yeri bəlli oldu

"Sevilya"dan ayrıldıqdan sonra heç bir komanda ilə anlaşa bilməyən Serxio Ramosun yeni iş yeri bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, əfsanəvi ispan futbolçu karyerasını Meksika Liqasında davam etdirə bilər.

İspan futbolçu 7 aylıq fasilədən sonra Meksika Liqasında çıxış etməyə hazırlaşır.

"Monterrey" prezidenti Antonio Norieqa "ESPN"ə müsahibəsində Serxio Ramosla müqavilə imzalamağa yaxın olduqlarını bildirib.

"Real Madrid", PSJ və "Sevilya" ilə 1 illik karyerasından sonra Serxio Ramos 1 iyul 2024-cü il tarixindən etibarən azad agentdir.

"Monterrey" Meksika Liqasında 13-cü yerdədir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində