15 mart 2025. Şənbə

"Barselona" futbolçusunu "Əl-İttihad"a satıb


  • Transfer
  • 01:11 31.01.2025
  • Oxunma sayı: 98
"Barselona" futbolçusunu "Əl-İttihad"a satıb

"Barselona"nın yarımmüdafiəçisi Unai Hernandes Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçib.

90deqiqe.Az xəbər verir ki, Ciddə klubu 20 yaşlı futbolçunun transferini sosial şəbəkə vasitəsilə açıqlayıb. Bu keçid "Əl-İttihad"a 4,5 milyon avroya başa gəlib və futbolçunun növbəti satışından müəyyən qədər faiz ödəyəcək.

Unai Hernandes heç vaxt Blaugrana əsas komandasında debüt etməyib. Yarımmüdafiəçi Kataloniya nəhənginin əvəzedici komandasında çıxış edib, bu mövsüm üçüncü İspaniya liqasında 20 matçda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici