İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, La Liqa təmsilçisi “Monako”nun futbolçusu Roni Lopesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Sevilya” Roni üçün “Monako”ya 20 milyon avro təzminat ödəyib.
“Benfika”nın yetirməsi olan gənc futbolçu, iki dəfə də Portuqaliya millisində çıxış edib.