- Transfer
- 14:40 02.02.2025
Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu baş məşqçisi Stiven Cerrardla yollarını ayırıb.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Burada çox şey öyrəndim və bu, şəxsən mənim və ailəm üçün müsbət təcrübə oldu. Amma futbol gözlənilməzdir və bəzən işlər bizim istədiyimiz kimi getmir. Bununla belə, klubu və ölkəni böyük hörmətlə tərk edirəm. Görülən işlərin gələcəkdə uğur gətirəcəyinə şübhəm yoxdur və mövsümün sonuna qədər komandaya uğurlar arzulayıram”, - “Əl-İttifaq” "X" sosial şəbəkəsində (keçmiş Twitter) Cerrardın sözlərindən sitat gətirir.
İngilis mütəxəssis 2023-cü ilin yayında "Əl-İttifaq"a baş məşqçi təyin olunub. Bundan əvvəl Cerrard Şotlandiya çempionu olduğu Aston Villa və Reyncers komandalarına rəhbərlik edib. Stiven həm də “Liverpul”un gənclər komandasında çalışıb.