- Transfer
- 14:40 02.02.2025
"Napoli" qış transfer pəncərəsinin son günlərində heyətini gücləndirməyə hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, Neapol təmsilçisi Dortmund "Borussiya"sının futbolçusu Kərim Adeyeminin xidmətində maraqlıdır.
23 yaşlı futbolçu A Seriya klubundan gələn təklifi rədd edib. Eyni zamanda, Kərim Adeyeminin gələcəkdə özünü İngiltərə Premyer Liqasında sınamaq istədiyi qeyd olunur.
Xviça Kvaratsxeliya bu yaxınlarda PSJ-yə keçdiyi üçün yarımmüdafiəçi ilə müqavilə imzalamaq klub üçün vacibdir.
Nüfuzlu Transfermarkt portalının ekspertləri Adeyemi 35 milyon avro qiymətləndirir.