- Transfer
- 14:40 02.02.2025
"Real Madrid" və "Barselona" mümkün heyəti gücləndirmək üçün transfer bazarını araşdırır.
90deqiqe.Az "El Gol Digital"a istinadən xəbər verir ki, İspaniya nəhəngləri "Çelsi"nin futbolçusu Enzo Fernandesi hədəfə alıb.
Argentinalı futbolçunun transferi üçün “Real” və “Barselona” öz futbolçularını təklif etmək niyyətindədir. Beləliklə, Madrid komandası Aurelien Tçuameni "Çelsi"yə, kataloniyalılara isə Frenkie de Yonqu təklif etməyə hazırdır.
Qeyd edək ki, Enzo Fernandesin "Çelsi" ilə uzunmüddətli müqaviləsi var - 2032-ci ilin ortalarına qədər. Bu mövsüm 26 matçda argentinalı 3 qol vurub və komanda yoldaşlarına 8 məhsuldar ötürmə edib.