Fransanın “Havr” klubu heyətini türkiyəli futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, 2-ci liqa təmsilçisi “Bursaspor”un müdafiəçisi Umut Meraşı transfer edib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Fransa klubu bu transfer üçün Bursa təmsilçisinə 1,3 milyon avro ödəyib. Umut Meraş gələcəkdə hansısa kluba satılsa, “Bursaspor” həmin məbləğdən də 15 faizlik pay alacaq.