3 fevral 2025. Bazar ertəsi

Rusiya klubu onun üçün 15 milyon avro təklif etməyə hazırdır


  • Transfer
  • 14:11 03.02.2025
  • Oxunma sayı: 33
Rusiya klubu onun üçün 15 milyon avro təklif etməyə hazırdır

Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Qedson Fernandeş  karyerasını "Zenit"də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, hazırkı Rusiya çempionu portuqaliyalı üçün 15 milyon avro təklif etməyə hazırdır. Eyni zamanda, İstanbul təmsilçisi futbolçu ilə 20 milyondan aşağı ayrılmağa hazır deyil.

Onu da əlavə edək ki, “Zenit” artıq mövsümlərarası yayda futbolçu ilə maraqlanırdı. Həmin vaxt Sankt-Peterburq komandası "Beşiktaş"a 17 milyon avro təklif etmişdi.

Fernandeş bu mövsüm bütün klub yarışlarında 31 oyun keçirib, 8 qol vurub və iki məhsuldar ötürmə edib. 26 yaşlı futbolçunun "Beşiktaş"la hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir və onun transfer dəyəri 17 milyon avrodur.







Transfer

"Beşiktaş"da növbəti ayrılıq
  • Transfer
  • 14:40 02.02.2025
"Beşiktaş"da növbəti ayrılıq