5 fevral 2025. Çərşənbə

3 top-klub onun üçün mübarizə aparır


  • Transfer
  • 13:04 05.02.2025
  • Oxunma sayı: 26
3 top-klub onun üçün mübarizə aparır

"Kristal Pelas"ın sağ cinah müdafiəçisi Daniel Munoz Avropanın üç aparıcı klubu ilə maraqlanır.

90deqiqe.Az "Antena2"ə istinadən xəbər verir ki, kolumbiyalını, bu yay sağ cinah müdafiəçisi mövqeyini gücləndirməyi planlaşdıran "Barselona" transfer siyahısında daxil edib.

 İngiltərənin "Mançester Siti" və "Çelsi" klubları 28 yaşlı futbolçu üçün "blauqrana" ilə yarışmağa hazırdır.

Transfermarkt mütəxəssisləri "qartallar"ın oyunçusunun dəyərini 25 milyon avro qiymətləndirib. Daniel Munoz bu mövsüm "Kristal Pelas"ın heyətində 27 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Müdafiəçinin hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.







Transfer

"Komo"dan "Benfika"ya
  • Transfer
  • 23:54 03.02.2025
"Komo"dan "Benfika"ya
"Beşiktaş"da növbəti ayrılıq
  • Transfer
  • 14:40 02.02.2025
"Beşiktaş"da növbəti ayrılıq